Tbilisidə xüsusi təyinatlılar mitinqi dağıtmağa başladı

Xüsusi təyinatlı qüvvələr Gürcüstanın paytaxtı Tbilisidə parlamentin yaxınlığında keçirilən aksiyanı gözyaşardıcı qaz və şırnaqlardan istifadə edərək dağıtmağa başlayıb.

Metbuat.az xəbər verir ki, xüsusi təyinatlılar iki tərəfdən – “Svoboda” meydanından və 9 Aprel küçəsindən etirazçılara doğru irəliləyir.

Parlamentin qarşısındakı meydanı tamamilə tüstü bürüyüb. İnsanlar yaxınlıqdakı küçələrə qaçıblar. Bundan əvvəl etirazçılara dağılışmaq üçün müraciət edilib.

Daha sonra təhlükəsizlik qüvvələri parlamentə bitişik ərazini etirazçılardan tamamilə azad etməyə müvəffəq olub. Xüsusi təyinatlılar parlamentin qarşısındakı meydanı tədricən tuturlar. Siren hələ də səslənir və insanları dağılışmağa çağırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR