Mikayıl Cabbarov Azərbaycan xanımlarını təbrik etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib.

Metbuat.az xəbər verir ki, nazir təbrikini özünün "Twitter" hesabında çatdırıb.

"Hörmətli xanımlar! Beynəlxalq Qadınlar Günü münasibətilə sizə səmimi təbriklərimizi çatdırırıq. Azərbaycan xanımları zərifliyin, ülviliyin və gözəlliyin rəmzidir. Sizə möhkəm cansağlığı və firavanlıq arzulayırıq!", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR