Azərbaycanda tanınmış sahibkarın pulları müsadirə edildi -

Azərbaycanda məşhur "ABC", "Eko", "Payt" yuyucu tozları istehsal edən müəssisənin rəhbərinə hökm oxunub.

Metbuat.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1962-ci ildə Cəlilabad rayonunda doğulmuş, fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış İsmayılov Rövşən Nəriman oğlu "Era", "Eko", "Təmiz", "Alfa" yuyucu vasitələri, "Herbal", "Jolie", "Payt", "Spark" nişanlı saç şampunu, "Subrina" nişanlı duş geli, "Lux", "Aysberq", "Lux Era" nişanlı maye sabun və digər məhsulların saxta və yararsız istehsalında təqsirli bilinib.

Barəsində Cinayət Məcəlləsinin 200.2.3 və 29,200.2.3 maddələri ilə cinayət işi açılan sahibkar ümumilikdə 232.750 manat dəyərində keyfiyyətsiz mal satıb, istehlakçıları aldadmaqda ittiham edilib.

Qeyd edək ki, həmin adlar altında mallar müvafiq müqavilələr əsasında Bakı, Sumqayıt və ölkənin rayonlarda fəaliyyət göstərən iri ticarət obyektlərinə və marketlərə satılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR