Türk lirəsi rekord dərəcədə ucuzlaşdı

Türk lirəsi ABŞ dolları qarşısında rekord dərəcədə ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Belə ki, 1 ABŞ dolları 18,9620 lirə təşkil edib.

Qeyd olunur ki, Türkiyənin milli valyutasının dəyərdən düşməsi investorların bu ilin fevralında ölkədə baş vermiş güclü zəlzələlərin iqtisadi nəticələri barədə qiymətləndirmələri ilə bağlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR