Çempionlar Liqasındakı uğursuzluq PSJ-ni silkələdi -

Çempionlar Liqasındakı uğursuzluq PSJ-də gərginlik yaradıb.

Metbuat.az xəbər verir ki, klub rəhbərliyi uğursuzluqdan sonra radikal qərarlar qəbul edib. Fransa mətbuatının iddiasına görə, PSJ Messi və Neymarı mövsümün sonunda klubdan göndərməyə qərar verib. Klub rəhbəriyi yeni mövsüm üçün heyəti Messi və Neymar olmadan qurmaq niyyətindədir. Klubda hesab edilir ki, Messi və Neymar istənilən səviyyədə çıxış etmir.

Qeyd edək ki, PSJ-nin Neymarı satmaq istəməsi barədə əvvəl də xəbərlər yayılıb. PSJ müqaviləsi mövsümün sonunda başa çatacaq Messi ilə müqaviləni yeniləmək istədiyi irəli sürülürdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR