Ata, oğul və gəlinin ölümü ilə bağlı yeni məlumatlar-

Bakıda faciəvi hadisə olub.

Metbuat.az xəbər verir ki, ata, oğlu və gəlininin kirayə qaldıqları evdə dəm qazından öldükləri bildirilir.

Hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib. Kamera qarşısında danışmasa da ''Xəzər Xəbər''ə şifahi məlumat verən ev sahibi bildirdi ki, mənzildə işıq iki gün yanılı vəziyyətdə olduğundan qapını döyüb. Heç bir reaksiya olmadığından qadın qapını açaraq evə daxil olub. Qadın qarşılaşdığı mənzərədən şoka düşüb. Verdiyi məlumata görə, mənzildə ata, oğlu və gəlinin cansız bədənin görüb dərhal polisə məlumat verib. Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək meyitlərə baxış keçiriblər.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, ailə 10 günə yaxın vaxtdır ki, həmin evdə kirayə qalırmışlar.

Baş Prokurorluqdan verilən məlumata görə, fakt araşdırılır.

Qeyd edək ki, üç nəfərin ölümü ili bağlı Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində araşdırma aparılır. Onların ölümünün dəqiq səbəbi ekspertizanın nəticəsindən sonra məlum olacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR