Ərdoğan birazdan rəsmən elan edəcək -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yerli vaxtla saat 14:00-da prezident seçkilərinin 14 may tarixində keçiriləcəyini rəsmən elan edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Ərdoğan prezident seçkiləri ilə yanaşı parlament seçkilərinin də may ayının 14-də keçiriləcəyini elan edəcək. Xəbərdə həmçinin qeyd edilir ki, “Cumhur ittifaqı”nın sıralarına daha iki partiya qoşulacaq. Bununla bağlı müzakirələrin davam etdiyi vurğulanıb.

Qeyd edək ki, Ərdoğan bundan əvvəl seçkilərin may ayının 14-də keçiriləcəyini ifadə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR