İrana hücum edəcək İsrail təyyarələri Azərbaycanda yanacaq dolduracaq? -

İsrailin İrana ola biləcək hücumu zamanı Azərbaycandan havadan yanacaqdoldurma bazası kimi istifadə edilməsinə icazə verilməyəcək.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov "The Jerusalem Post"a açıqlamasında bildirib.

Səfir "Haaretz" qəzetinin ölkənin İranın nüvə obyektlərinə hücum etməyə qərar verəcəyi təqdirdə İsrailə yardım etmək üçün aerodrom hazırlaması ilə bağlı xəbəriə də münasibət bildirib: "Azərbaycan əvvəlcədən bəyan edib ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq və öz ərazisinin başqa dövlətlərə qarşı istifadəsinə imkan verməyəcək. Xarici medianın iddia etdiyi xəbərlər yalandır", - deyə səfir vurğulayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Fevralın 28-də Muxtar Məmmədov İsrailə səfər edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR