Yeni səfir etimadnaməsini Prezidentə təqdim edə bilmədi -

Azərbaycanın İsrailə yeni təyin olunan səfiri Muxtar Məmmədov etimadnaməsini Prezident İsaak Herzoqa təqdim edə bilməyib.

Metbuat.az "The Jerusalem Post"a istinadən xəbər verir ki, səfir cümə axşamı etimadnaməsini təqdim etməli idi. Ancaq görüş ölkədə baş verən hadisələrə görə qeyri-müəyyən tarixə təxirə salınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Fevralın 28-də Muxtar Məmmədov İsrailə səfər edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR