Azərbaycanda yaxın günlərdə dağıdıcı zəlzələ ola bilər? -

"Yaxın günlərdə Azərbaycanda dağıdıcı zəlzələnin olması ehtimalı yoxdur".

Metbuat. az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, mütəmadi şəkildə müxtəlif maqnitudada yeraltı təkanlar qeydə alınır və bu da normaldır: "Seysmogen bölgə üçün bu cür zəlzələlərin olması labüddür. Azərbaycanda yaxın günlərdə katastrofik, dağıdıcı zəlzələ ehtimalı yoxdur. Zəlzələnin hiss olunduğu da ola bilər, 5 ballıq da, 4 ballıq da, ancaq bunlar qorxulu bir şey deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR