“SpaceX” və “Twitter”in sahibi İlon Mask ABŞ-ın Texas ştatı yaxınlığındakı ərazidə öz şəhərini qurmağı planlaşdırır.
Metbuat.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat verib. Bildirilir ki, yeni şəhər Ostin əyaləti yaxınlığında yerləşən Bastropun ərazisində inşa ediləcək. Məlumata görə, yeni şəhər tikintisi davam edən “Boring” və “SpaceX” obyektlərinin yaxınlığında yerləşir. Qeyd edilir ki, Mask şirkətlərində çalışanların bazardan aşağı kirayə haqqı ilə yeni şəhərdəki evlərə köçməsinə şərait yaradacaq.
Qeyd edək ki, Texas qanunları bir rayonun şəhər sayılması üçün ərizə verilməzdən əvvəl həmin rayonda azı 201 nəfərin yaşamasını tələb edir. Bastrop qraflığının məlumatına görə, Mask və ya onun sahibi olduğu hər hansı təşkilatdan hələlik müraciət daxil olmayıb.