Qarabağdakı ermənilərin seçimi yoxdur:

Qarabağın ermənilər yaşayan hissəsində reallıq budur ki, əli silahlı separatçılar “müstəqllikdən başqa heç nəyi qəbul etmirik” deyib tutublar”.

Bu fikirləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun təhlilinə görə, biz bu reallığı dəyişməliyik.

Elə etməliyik ki, Qarabağdakı ermənilər Azərbaycan qanunları ilə yaşamaq barədə müzakirələrə başlasınlar. Separatçıların lideri “Azərbaycanla reinteqrasiya” ifadəsini səsləndirib. Yəni əvvəllər dilə gətirmədikləri ifadələri istəmədikləri halda açıqlamağa başlayıblar. Ancaq bu azdır. Qarabağdakı ermənilər öz istəkləri ilə reinteqrasiyaya razılaşmayacaqlar, yenə gücümüzü görməlidirlər. Qarşılarında növbət dəfə güc gördükdən sonra reallığı qəbul etmək məcburiyyətində qalacaqlar.

Politoloq düşünür ki, çeçenlər kimi ermənilər içərisində “biz Azərbaycana tabeyik” ifadəsini səsləndirən yoxdur. Çünki məsələni hələ tam həll etməmişik.

Çeçenlər SSRİ-nin dağılmasıyla Rusiyadan ayrıldıqlarını elan etdilər. Rusiya birinci çeçen savaşında məğlub oldu. Çeçenlər “biz Rusiyadan ayrılmışıq” dedilər. Rusiya ikinci dəfə çeçenlərlə müharibə etdi, bu dəfə Çeçenistan Rusiyanın tərkibinə qaytarıldı və Rusiya prezidentinin bölgədəki adamı Ramzan Kadırov Kremlə tabe oldu. Biz də eyni yolu keçdik, birinci savaşda torpaqlarımızı itirdik, ikinci savaşda torpaqlarımızın böyük hissəsisini geri qaytardıq. Rusiya qoşunları Çeçenistanın tamamını geri qaytardıqdan sonra çeçenlər ram olundu. Bizim qoşunlar da Xankəndinə daxil olandan sonra ermənilər ram ediləcək və onların bir hissəsi Azərbaycan qanunları ilə yaşamağı qəbul edəcəklər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR