​Gürcüstan mühüm sınaq qarşısında:

Məlum olduğu kimi, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib. Siyasi şərhçi Kənan Novruzov deyir ki, əslində bu, gözlənilən idi.

"Qanun layihəsi geri götürülməsi idi, etirazlar daha da güclənə bilərdi. Bu isə ölkə daxilindəki sabitliyə zərbə vuracaqdı. Parlamentarilərinin qanun layihəsini geri götürməsi, yəqin ki, daha çox bu reallıqla bağlı oldu. Amma bundan sonra Moskva ilə Tiflis arasında münasibətlərin gərginləşməsi, Rusiyanın Gürcüstana təzyiq göstərməsi mümkündür. Gürcüstan müxalifətindən bildirilib ki, qanun layihəsinin geri götürülməyinə baxmayaraq, aksiyalar davam edəcək".

Ekspert hesab edir ki, vəziyyət belə də olmalıdır. Əks halda qanun layihəsinin yenidən gündəmə gəlməsi üçün şərait yarana bilər.

"Hökumət xalqın müqavimətini və əzmkarlığını görməlidir. Ümumiyyətlə, Gürcüstandakı son hadisələrin Rusiyanın bu ölkə ilə bağlı yeni layihəsinin olması ehtimalı böyükdür. Sözügedən qanun layihəsi Gürcüstanda Avropa İttifaqı ilə Rusiyanın rəqabətini artıracaq.Gürcüstanda sözügedən qanun layihəsi qəbul olmaz və yaxın zamanda sabitlik təmin olunarsa, bu, ölkənin Aİ-yə üzvlüyü istiqamətində növbəti addımı, daha bir maneəni dəf etməsi olacaq".

METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR