Gürcüstan parlamenti “xarici agentlər”lə bağlı qanunu rədd edib

Gürcüstan parlamentinin deputatları ikinci oxunuşda "xarici agentlər" haqqında qanun layihəsinin əleyhinə səs veriblər.

Metbuat.az xəbər verir ki, iclasın keçirildiyi müddət qanunverici orqanın saytında canlı yayımlanıb. Səsvermə zamanı bir deputat bu təşəbbüsü dəstəkləyib, 35 deputat əleyhinə səs verib.

Qeyd edək ki, iclasla paralel olaraq parlamentin yaxınlığında mitinq də keçirilib. Etirazçılar kütləvi etirazlara səbəb olan qanun layihəsini deputatlar tərəfindən əleyhinə səs verməsi qərarını alqışlayıblar.

Bunu da oxuya bilərsiniz:

https://metbuat.az/news/1462870/gurcustan-muhum-sinaq-qarsisinda.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR