Rusiya Lənkəran sakini üçün “qırmızı bülleten” elan etdi -

Rusiya azərbaycanlını beynəlxalq axtarışa verib.

Metbuat.az-ın məlumatına görə, axtarışa verilən şəxs Lənkəran rayon Tükəvilə kənd sakini 39 yaşlı Anar Əliyevdir. O, adam öldürməkdə və oğurluqda təqsirli bilinir.

Bu səbəblə Rusiyanın hüquq-mühafizə orqanları A. Əliyevin saxlanılaraq, istintaqa təhvil verilməsi üçün İnterpol-a müraciət ediblər.

Hazırda A. Əliyev İnterpol xətti ilə “qırmızı bülleten”lə axtarışdadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR