Ərdoğanın Putin - Zelenski görüşündə vasitəçiliyi baş tutmayacaq:

"Türkiyə Ukrayna və Rusiya liderlərinin apreldə mümkün görüşünü təşkil etməyə çalışır. Amma Türkiyənin vasitəçiliyi baş tutmayacaq".

Metbuat.az xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiya beynəlxalq hüquq çərçivəsində danışıqlarda maraqlı olmadığına görə iki ölkə arasında müharibə yanlış döyüş meydanında həll ediləcək.

"Qeyd edim ki, İsrail və Səudiyyə Ərəbistanıda Ukrayna və Rusiya arasında vasitəçilik təklifi ilə çıxış edib. Ümumiyyətlə, Rusiya və Ukrayna arasında diplomatik danışıqlar mümkün görünmür. Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüşməyəcəyini vurğulayıb. Təbii ki, V. Putin də belə bir görüşdə qəti maraqlı deyil. Ona görə də cənab Ərdoğanın vasitəçiliyi mümkün olmayacaq".

Politoloq qeyd etdi ki, Ukrayna və Rusiya arasında müharibə yaz aylarında daha da yeni mərhələyə keçəcək: "Ukraynanın əks-hücumları müharibədə ciddi dönüş etməlidir. Nə Qəribə nə də, Rusiya danışıqlar masası arxasına keçməyi tələsmir",- deyə politoloq bildirib.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR