İrəvanın YENİ MƏQSƏDİ:

"Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın açıqlamaları göstərir ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəsə də, Qarabağ məsələsindən əl çəkmək niyyətində deyil".

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun fikrincə, İrəvan istəyir ki, Qarabağdakı ermənilər ətrafında hərbiziləşdirilmiş zona yaradılaraq, Ermənistanla əlaqə xətti saxlanılsın.

"İrəvanın məqsədi Qarabağa beynəlxalq qüvvələr gələrək, ermənilərin təhlükəsizliyini qorumaqdır. Yəni Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanısa da, məsələyə hüquqi problem olaraq baxılmasında maraqlıdır. Bu, Azərbaycan sərhədləri daxilində “erməni anklavının” beynəlxalq zəmanət altında yaradılması deməkdir. Bakı bunu qəbul etmir və etməyəcək.

Hazırda Qərbin vasitəçiliyi ilə ciddi kulis danışıqlarının getdiyini xatırladan Asif Nərimanlı qeyd etdi ki, görünür danışıqların irəliləməsindən öncə Qarabağdakı separatçılara qarşı praktiki addımların atılması masada da əlimizi gücləndirə bilər.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR