Tofiq Musayev məğlub oldu -

Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayev (70 kq) “Bellator”da rusiyalı Aleksandr Şabliyə məğlub olub.

Metbuat.az xəbər verir ki, Dünya Qran-prisinin 1/4 final mərhələsində keçirilən döyüşdə 34 yaşlı idmançı qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni davam etdirə bilməyib.

ABŞ-ın San-Xoşe şəhərində baş tutan görüşün üçüncü raundunda xəsarət alan T.Musayev texniki nokautla uduzub. Bu, Azərbaycan idmançısının MMA karyerasında keçirdiyi 25-ci duelində 5-ci məğlubiyyəti olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR