DİM-də ilk dəfə rəqəmsal SAT imtahanı keçirilib

Martın 11-də Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı təşkil olunub.

DİM-dən Metbuat.az-a bildirilib ki, imtahanda 92 nəfər iştirak edib.

Növbəti rəqəmsal SAT imtahanının mayın 7-də keçirilməsi nəzərdə tutulur.

Rəqəmsal SAT imtahanı barədə ətraflı məlumat DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Əlavə sual yarandığı halda international@dim.gov.az ünvanına yazmaq olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR