500 000 manatdan böyük cekpotla “4+4” oyunu indi “Misli.az”da

Azərbaycanın qanuni və yeganə lotereya təşkilatçısı “Azərlotereya” ASC şans oyunu həvəskarlarını daha bir yeniliyi ilə sevindirib. Belə ki, bir neçə gün əvvəl 913 072 manatlıq tarixi cekpotun qazanıldığı “4+4” lotereya biletlərini artıq onlayn şəkildə “Misli.az” saytından da əldə etmək mümkündür.

Həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri keçirilən “4+4” oyununda hazırda 500 000 manatdan böyük cekpot şanslı qalibini gözləyir. “Misli.az” saytında “4+4”lə yanaşı, 1 000 000 manat böyük uduşlu “Super KENO” lotereya biletlərini də onlayn almaq imkanı təqdim olunur.

Tirajlı lotereya biletlərini “Misli” məntəqələri, “Azərpoçt” şöbələri və “Azərlotereya” satış nöqtələrindən də əldə edə bilərsiniz.

Qeyd edək ki, tirajlı lotereyalar hər gün saat 19:45-də keçirilir və “Xəzər TV”, eləcə də “Azərlotereya TV” youtube kanalında canlı yayımlanır. 18 yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilərlər. Oyun qaydaları və nəticələrlə bağlı daha ətraflı məlumatı “Azərlotereya”nın rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR