Faciəmiz TRT-də

Faciəmiz TRT-də
14:01 19 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+

20 Yanvar faciəsinin 25-ci ildönümü TRT kanallları vasitəsilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaq.

Bu barədə ANS PRESS-ə məlumat verən TRT-nin Bakı nümayəndəsi Yildiray Arslan, 20 yanvar 1990-cı ildə Bakının küçə və meydanlarında qəhrəmanlıq dastanı yazıldığını bildirib.

Onun sözlərinə görə, TRT 20 Yanvar gecəsində yaşanan faciəni fərqli şəkildə ekranlara gətirəcək.

TRT Bakı Təmsilciliyi AzTv texniki dəstəyi ilə 20 Yanvar hüzn gününü canlı yayımlarla Şəhidlər Xiyabanından həyata keçirəcək.

Canlı yayımlarda o gecənin şahidləri ilə yanaşı Azərbaycan Prezident yanında dövlət geostrateji araştırmalar mərkəzinin sədri Elman Nəsirli, Qafqaz Beynəlxalq münasibətlər və strateji araşdırmalar mərkəzinin rəhbəri Araz Aslanlı və TRT Bakı Təmsilciliyinin müxbiri Səlim Toprak iştirak edəcəklər.

“TRT Avaz” kanalının koordinatoru Murat Akkoç da 20 Yanvar gününü bütün Azərbaycan kanalları kimi anım günü olaraq qeyd edəcəklərini, gün ərzində yayımlar vasitəsilə qardaş Azərbaycanın dərdinə şərik olacaqlarını söyləyib.

Bu program, xəbər və canlı bağlantılar “TRT Haber”, “TRT Avaz” və “TRT Türk” kanallarında yayımlanacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320484

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR