Türkiyənin Mersin vilayətində qonşuların şikayəti əsasında mənzilə baxış keçirən polislər təəccüblənib.
Metbuat.az xəbər verir ki, onlar mənzildə çox miqdarda tullantı ilə qarşılaşıblar. Məlumata görə, qonşular pis qoxu gəldiyi üçün mənzil barədə şikayət ediblər. Mənzildən 3 yük maşını dolu zibil çıxarılıb. Təmizləmə qrupları mənzildəki zibilləri çıxararaq traktora yükləyib.
Mersin Böyükşəhər Bələdiyyəsinin nümayəndələri evi dərmanlayaraq dezinfeksiya edib. Evin niyə tullantı yerinə çevrildiyi araşdırılır.