Mbappe bu kluba keçmək istəyir -

Ötən mövsümün sonunda PSJ ilə müqaviləsini uzadan Kilian Mbappe barədə yeni iddia ortaya atılıb.

Metbuat.az “Marca” qəzetinə istinadən xəbər verir ki, iddialara görə, Mbappenin ətrafı müqavilə yeniləyəndən sonra “Real Madrid” rəhbərliyinə zəng edərək, klubun futbolçunun transferində hələ də maraqlı olub-olmadığını soruşub. Bildirilir ki, Mbappe bu mövsümün sonunda PSJ-dən ayrılmaq üçün hər şey etməyə hazır olduğunu ifadə edib. Lakin onun PSJ ilə 2025-ci ilə qədər müqaviləsi var və PSJ onun bu mövsümün transfer olmasını istəmir.

Həmçinin “Real Madrid”in Mbappe əvəzinə Erlinq Halandı transfer etmək istədiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR