Dünyaya yalan deyiblər - İddialar təsdiqini tapdı /

İran Rusiyadan Sukhoi-35 (Su-35) döyüş təyyarələrinin alınması barədə prosedurların tamamlandığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası ölkənin Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəliyinə istinadən məlumat yayıb. Bildirilib ki, İran bəzi ölkələrə döyüş təyyarələri almaq üçün sorğu göndərib və Rusiya bu müraciətə müsbət cavab verib. Məlumatda deyilir ki, BMT-nin 2007-ci ildən etibarən İrana qarşı tətbiq etdiyi silah embarqosu 2020-ci ilin oktyabrında qaldırıldıqdan sonra Rusiyadan Su-35 təyyarələrinin alınmasına dair danışıqlar aparılıb. Danışıqlar artıq yekunlaşıb.

Xəbərdə müqavilənin nə vaxt bağlanacağı və Rusiyanın İrana neçə döyüş təyyarəsi satacağı açıqlanmayıb. Lakin İran mediasının məlumatına görə, İran ilk olaraq Rusiyadan 24 döyüş təyyarəsi alacaq.

Qeyd edək ki, xarici KİV-lərdə Rusiyanın Ukrayna müharibəsi üçün İrandan PUA alması müqabilində bu ölkəyə döyüş təyyarələri verəcəyi barədə iddialar yayılmışdı. İran Rusiyaya PUA verdiyini rədd edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR