Mahsun Kırmızıgül:

Türkiyəli müğənni Mahsun Kırmızıgül ötən gün Bakıda konsert verib.

Metbuat.az xəbər verir ki, sənətçi konsertlə bağlı təəssüratlarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb. O bildirib ki, gecədə duyğusal anlar yaşayıb:

"Bakıdan zəlzələ bölgəsinə bir könül körpüsü qurduq. Azərbaycan xalqına ölkəmizdəki fəlakətdə etdikləri yardımlara görə bütün zərərçəkənlər adından təşəkkür etdim. Bu gecə həyatımın konserti oldu. Heç bir konsertimdə bu qədər ağlamamışdım. Ağlatmamışdım... Bakının qəlbi bizimlədir.Çətinlikdə olan bütün insanların yanındayam".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR