Mübariz Qurbanlı “Məşədi Dadaş” icmasının üzvləri ilə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Bakı şəhəri Nəsimi rayonu “Məşədi Dadaş” məscidi dini icmasının üzvləri ilə görüşüb.

Dövlət Komitəsindən Metbuat.az-a verilən məlumata görə, DQİDK-nın sədri çıxış edərək Azərbaycan dövlətinin dini, milli-mənəvi dəyərlərimizin inkişafı, dini ibadət yerlərinin tikintisi və bərpası istiqamətində görülən işlərdən, dini icmalara göstərilən qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına xüsusi önəm verilir, dini etiqad azadlığının təmin olunması, dindarların dini ayin və mərasimlərini sərbəst yerinə yetirməsi üçün hər cür şərait yaradılır, onlara lazımi qayğı göstərilir.

Dövlət Komitəsinin sədri dini icma üzvləri ilə icmanın gələcək fəaliyyəti, “Məşədi Dadaş” məscidinə yeni imam təyinatı, eyni zamanda qarşıda duran məsələlər barədə ətraflı müzakirələr aparıb.

Qeyd edək ki, Hacı Şahin 2001-ci ildən “Məşədi Dadaş” məscidinin imamı olub. Tanınmış ilahiyyatçı martın 2-də ürəktutmasından vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR