Heydər Əliyevin Prezident təqaüdü verdiyi tələbə indi generaldır -

Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi, ədliyyə general-mayoru Həsən Mansurov Ulu öndər Heydər Əliyevin 2002-ci ildə imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsində məlumat verilib.

Belə ki, Həsən Mansurov həmin il ali məktəblərə qəbulda 3-cü ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib. O, Bakı Dövlət Universitetinin Hüquqşunaslıq ixtisasına qəbul olub, Bakı-Türk litseyinin məzunudur. Mansurov daha sonra ən yüksək balla BDU-da magistratura pilləsində təhsil alıb.

Əmək fəaliyyətlərinə hüquq-mühafizə orqanlarında başlayan general Mansurov, DTX-ya qədər bir sıra dövlət qurumlarında çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR