Ziya Məmmədovun qardaşına yeni

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinə müdir təyin edilib.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, AMEA prezidenti İsa Həbibbəylinin müvafiq əmri ilə bu vəzifəyə texnika elmləri doktoru, professor Elton Məmmədov təyin olunub.

Elton Məmmədov açıqlamasında bildirib ki, AMEA-da aparılan islahatlar çərçivəsində İşlər İdarəsi ləğv edilib və bu ilin yanvar ayında yerinə Təsərrüfat İşlərinin Təşkili Şöbəsi yaradılıb: "Bu vəzifəyə mən təyin edilmişəm”.

Qeyd edək ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov bu vəzifəsindən əvvəl AMEA ləğv edilən İşlər İdarəsinin müdiri vəzifəsini tuturdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR