Rusiyadan taxıl dəhlizi sazişinin uzadılmasına münasibət

“60 gün müddətinə uzadılan taxıl dəhlizi sazişi ilə bağlı bütün vədlər və öhdəliklər yerinə yetirilməlidir”.

Metbuat.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko belə deyib. O bildirib ki, Türkiyə, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı arasında iyulun 22-də İstanbulda imzalanan Taxıl Dəhlizi sazişinin müddətinin uzadılmasına qərar verilib.

“Müqavilənin 60 günə qədər uzadılması razılaşdırıldı. Müqavilənin paket halında olduğu təsdiqləndi. Müqavilə eyni şərtlərlə uzadıldı. Proses yavaş-yavaş davam edir. Ən kasıb ölkələrə təmənnasız verməyə hazır olduğumuz gübrələrimiz bir çox ölkələrin limanlarındadır. Süni maneələr yaradılıb. Biz israrla çalışacağıq ki, bütün vədlər və öhdəliklər yerinə yetirilsin" - Aleksandr Qruşko deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR