Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

Bu il martın 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 754 mindən çox olub.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 352,1 min ədəd və yaxud 25,1 % çoxdur.

"Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 296,8 min və yaxud 55 % artaraq 836,7 min təşkil edib. Bu ilin fevral ayında qeyri-neft özəl sektorunda aktiv əmək müqavilələrinin sayında 10,4 min artım müşahidə olunub", - deyə məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR