Avtobusda sərnişinlər bu səbəbdən əlbəyaxa olub -

Bakıda avtobusların birində iki sərnişin arasında mübahisə dava ilə nəticələnib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Metbuat.az xəbər verir ki, hadisə ilə bağlı avtobusun sürücüsü Abgül Mayılov "Xəzər Xəbər"ə danışıb. O bildirib ki, sərnişinlər arasında mübahisə dayanacaqdan başlayıb. Onlar avtobusa minmək üstündə dava ediblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ötən gün günorta satlarında paytaxtın Nizami rayonu ərazisində 66 saylı xətt üzrə hərəkət edən avtobuslardan birində baş verib.

Nazirlik iki nəfərin ictimai nəqliyyatda dalaşmasını əks etdirən görüntüləri dərhal nəzarətə götürüb və onlar qısa zamanda tez müəyyən edilərək saxlanıblar. Hər iki sərnişinin ifadəsi alınıb.

Məsələyə hüquqi qiyməti məhkəmə vərəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR