Azərbaycanda tikinti obyekti sifarişçilərindən sənədlər elektron formada qəbul olunacaq

Azərbaycanda tikinti obyektinin sifarişçisindən tələb olunan sənədlərin təqdim edilməsi forması dəyişdiriləcək.

Metbuat.az xəbər verir ki, bu, "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, sifarişçi tikintilərin texniki-iqtisadi əsaslandırma sənədlərini elektron formada hazırlamalı və müvafiq icra hakimiyyəti orqanı ilə və əlaqədar qurumlarla razılaşdırılmasını təmin etməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR