Nəhayət qarşıma çıxmağa cəsarət tapdı -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kamal Kılıçdaroğlunun namizədliyi barədə danışıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, müxalifət prezident seçkiləri üçün namizədini çətinliklə seçib:

“Stol alt-üst oldu, kimsə stoldan qalxdı, sonra yenidən oturdu. Sonda “Bay bay Kamal” kimisə qabağa verib arxada gizlənmək əvəzinə bizimlə meydanda yarışmaq üçün qarşımıza çıxmağa cəsarət tapdı. İnşallah 6 partiyanın namizədi ilə 14 may tarixinə qədər demokratik bir şəkildə mübarizə apararaq ona lazım olan yeri verəcəyik” - Ərdoğan deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR