"Qalatasaray"ın "Qarabağ"la görüş xəbərindən sonra bu video yenidən

Xəbər verdiyimiz kimi, martın 26-da “Qarabağ” Futbol Klubu rəhbərliyinin təşəbbüsü ilə “Qalasarasay”la xeyriyyə matçı keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu matçın baş tutacağını eşitdikdən sonra hər iki klubun azarkeşləri Vətən müharibəsi iştirakçısı Muradın videosunu yenidən yayımlayıblar.

Belə ki, Vətən müharibəsinin davam etdiyi bir zamanda döyüşçü Murad Hüseynov Ahaber-ə cəbhə bölgəsində arzularını dilə gətirmişdi. O qeyd etmişdi ki, ən böyük arzularından biri Xankəndidə "Qalatasaray"la "Qarabağ" matçını izləməkdir.

Azarkeşlər də Muradıın bu arzusunun qismən reallaşmasını böyük maraqla qarşılayıblar.

Bu video yenidən sosial şəbəkələrdə paylaşıldıqdan sonra Murad Hüseynov komandanın bazasına dəvət alıb. Həmçinin Murad Hüseynov şəxsən stadiondan matçı seyr edəcək.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.

Bir 2 nəfər, ayaqüstə duran insanlar və ot şəkili ola bilər

Bir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR