XİN “Diplomatiya könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” qrupuna könüllülərin qəbulunu elan edib.

Bu barədə Metbuat.az-a XİN-dən məlumat verilib.

Könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərlə tanış olduqdan sonra, tələblərə uyğun olduğu təqdirdə XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.

2023-cü il aprelin 10-u müraciətlərin qəbulu üçün son tarixdir.

Tələblərə uyğun namizədlərin ixtisas, siyasi bilikləri, dil bilikləri, ümumi dünyagörüşünün yoxlanılması məqsədilə müsahibə mərhələsinə dəvət olunması nəzərdə tutulur.

Müsahibələrin keçirilmə tarixləri ilə bağlı məlumat daha sonra elan ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR