Nazir ABŞ-yə birbaşa qəbul alan şagirdlərdən yazdı

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlı ABŞ-nin Massaçusets Texnologiya İnstitutunda riyaziyyat və kimya ixtisasları üzrə bakalavr təhsili almaq fürsəti qazanıblar.

Metbuat.az xəbər verir ki, elm və təhisl naziri Emin Əmrullayev bu barədə payalşım edib: "İlbəil dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunan gənclərimizin sayının artması sevindiricidir və qürurvericidir. Şagirdlərimizi bir daha təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq", - deyə nazir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR