Rusiya Baxmut şəhərində irəliləyib

Rusiya ordusu strateji əhəmiyyətli Baxmut şəhərindəki Zaliznyanskoye yaşayış məntəqəsini ələ keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin bildirib. Yevgeni Priqojin detallar barədə açıqlama verməyib.

Rusiya Müdafiə Nazirliyi hələ ki məlumata münasibət bildirməyib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Baxmutda ciddi döyüşlərin getdiyini bildirmişdi. Məlumata görə, Rusiya əsas qüvvələri Baxmuta cəmləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR