Çavuşoğlu və Lavrov arasında telefon danışığı oldu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonda müzakirə aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, tərəflər “Taxıl sazişi”nin icrası və ikitərəfli münasibətləri nəzərdən keçiriblər.

Qeyd edək ki, Türkiyə, Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatı “taxıl sazişi”inin 60 gün uzadılması barədə razılığa gəliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR