Parisi üfunət bürüyüb

Fransanın paytaxtı Parisdə zibilyığanlar tətili martın 19-dək uzatmaq barədə qərar qəbul ediblər.

Metbuat.az xəbər verir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, turistlərin ziyarət etdikləri Parisin ən məşhur küçə və meydanlarında 6600 ton zibil toplanıb. Həşəratlar və siçovullar tullantıların üstünə toplaşıb. Ətrafa üfunət yayılıb.

Xatırladaq ki, Parisdə bir həftədir zibilyığanlar tətil edir. Onlar pensiya ilə bağlı yaş həddinin qaldırılmasına qarşı çıxır. Fransa hökuməti pensiya yaşını qadınlar üçün 57, kişilər üçün 59 yaşdan uyğun olaraq 62 və 64-ə qaldırmaq istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR