Rəqqasə Fatimənin köməkçisini maşın vurdu -

Rəqqasə Fatimə Fətəliyevanın köməkçisi Aytac Bayramzadə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Metbuat.az APA-ya istinadən yazır ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR