Restorandakı davada öldürülən Cəsarət DSX-nin

Dövlət Sərhəd Xidməti (DSX) kafedə qətlə yetirilən əməkdaşı barədə məlumat yayıb.

Metbuat.az xəbər verir ki, məlumatda deyilir:

“Martın 16-da saat 00:30 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Vəliyev Cəsarət Baxış oğlu xidmətdən sonra baş vermiş hadisə nəticəsində vəfat edib.

Baş Gizir Cəsarət Vəliyev, 44 günlük “Vətən Müharibəsi”ndə və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidməti ilə əlaqəli şəkildə istintaq-əməliyyat tədbirləri həyata keçirilir”.

DSX vəfat etmiş hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Nəsimi rayonu ərazisindəki kafedə baş vermiş davada yaralanan şəxsin də DSX hərbçisi olduğu bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən Orxan Zeynalov artıq saxlanılıb.

Həmçinin oxuyun: Bakıda restoranda musiqi üstündə kütləvi dava - Ölən və yaralanan var


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR