Paşinyandan qalmaqallı açıqlama:

“Ermənistan baş naziri Nikol Paşinyan “orduda 5-ci kolon var” dedikdə birmənalı şəkildə Rusiyanın agentura şəbəkəsini və bu şəbəkəyə bağlı erməni generalları nəzərdə tutub”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Elxan Şahinoğlu edib. Ermənistanda son günlər ən çox cavab axtarılan suala cavab verən politoloq bildirdi ki, Ermənistan ordusunda “5-ci kolon” nə ABŞ-a, nə də hansısa Avropa ölkəsinə aiddir.

“Nikol Paşinyan “5-ci kolon” ifadəsiylə özünü gələcək məğlubiyyətlərdən sığortalamaq istəyir. Yəni demək istəyir ki, “mən Azərbaycana qarşı bacardığım qədər müqavimət göstərirəm, ordu bacarıqsızdırsa bu mənlik deyil”. Paşinyan anlayır ki, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradacaq və Ermənistan ordusu bunun qarşısını ala bilməyəcək”. Elxan Şahinoğlu qeyd etdi ki, Paşinyanın Rusiyaya ümidi yoxdur.

“Paşinyan Qərbdən də istədiyi təhlükəsizlik təminatını ala bilməyib. ABŞ, Avropa İttifaqı və ya Fransa Azərbaycanı durdura bilməyəcək” - deyə Elxan Şahinoğlu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR