​“Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyəti günbəgün artır” -

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri çox vacib məqamlarla yadda qaldı. Bu səfərin perspektivlərindən biri də Azərbaycanın Almaniya, o cümlədən Avropa İttifaqı ilə münasibətlərini yeni bir mərhələyə gətirib çıxarması olacaqdır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Millət vəkili bildirdi ki, İlham Əliyevin həm Almaniya prezidenti, həm Almaniya kansleri ilə geniş tərkibdə olan görüşü, mətbuata verilən açıqlama, digər rəsmi şəxslərlə keçirilən görüşlər və o cümlədən də Almaniyanın iş adamları ilə görüşünün arxasında çox vacib məqamlar durur.

Cavid Osmanov - millət vəkili

“Geniş tərkibli müzakirələrdə Almaniya prezidenti qeyd etdi ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İki ölkə Başçısının açıqlamaları bir daha onu göstərdi ki, Almaniya Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra yaradılan yeni reallıqları qəbul etmiş bir ölkədir. Azərbaycan həm Almaniya üçün, o cümlədən Avropa İttifaqı üçün əhəmiyyəti günbəgün artan ölkələrdəndir. Xüsusən də mətbuat konfransında səslənən fikirlər onu ifadə edir ki,, cənab Prezident tərəfindən Azərbaycanın yaratdığı yeni reallıqlar, bölgədə regionda mövcud vəziyyət, o cümlədən baş verən hadisələr, Azərbaycan həqiqətlərini, bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Almaniya kimi Avropanın ən güclü ölkələrinin birində mətbuat qarşısında bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması əhəmiyyətli bir məsələ idi”.

Cavid Osmanov qeyd etdi ki, tərəflər arasında baş tutan müzakirələrdə Avropa İttifaqı Prezidenti cənab Şarl Mişelin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində göstərdiyi səy bir daha burada vurğulandı. Prezident İlham Əliyevin bu səfərini yüksək dəyərləndirən millət vəkili hesab edir ki, uğurla yekunlaşan müzakirələr Azərbaycan Avropa İttifaqı münasibətlərinə çox müsbət təsir və yeni impuls verəcəkdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR