İrandakı zəlzələ Naxçıvanda

Yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, zəlzələ Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.

Zəlzələnin maqnituası 5.5, dərinliyi 10 km olub.


15:55

Naxçıvan Muxtar Respublikasında bu gün saat 15:47-də zəlzələ olub.

Metbuat.az xəbər verir ki, zəlzələ daha çox Naxçıvan şəhərində hiss edilib və 10 saniyədən çox davam edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR