Yataqxanda yanğın - 10 nəfər təxliyə edildi

Bakıda yataqxanada yanğın olub.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayonunda doqquzmərtəbəli yataqxana binasının altıncı mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və giriş kabeli 1 p.m yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR