Həcc ziyarətinin qiyməti ARTDI -

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətlər müəyyənləşib.

Metbuat.az xəbər verir ki, Qafqaz Müsəlmanlar İdarəsindən bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları (9775 manat) təşkil edir.

Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, ötən il üçün ziyarət qiyməti 9 106 manat təyin olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR