Siqaret külü faciəyə səbəb oldu:

Bakıda kişinin öldüyü yanğın hadisəsinin səbəbi məlum olub.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün gecə saatlarında paytaxtın Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, Xanlar küçəsi 103, ev 1 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 100m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar Xidmət tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, ehtiyatsızlıq nəticəsində kənardan düşmüş od mənbəyi (siqaret kötüyü) səbəbindən baş verməsi müəyyən olunub.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR