Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyanın Xabarovsk şəhərində keçiriləcək konsertini təxirə salıb.
Metbuat.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Hava şəraiti ilə əlaqədar martın 15-nə olan uçuşlar təxirə salınıb. Bu səbəbdən Ağalarov Xabarovsk şəhərinə vaxtında gedə bilməyib.
Sənətçi qeyd edib ki, bütün biletlər etibarlıdır.
Konsert martın 16-dan 19-na keçirilib.