"Bayer Leverkuzen"in futbolçusu "Qarabağ"a gəlir? -

"Qarabağ"ın bu qış aparılan danışıqlar fonunda yekunda sıralarına cəlb etmədiyi futbolçunun - "Bayer Levrkuzen"in rus qapıçısı Andrey Lunyovun agenti Anton Smirnovun son açıqlamasının ardından sözügedən qolkiperin Ağdam təmsilçisinə təklif edildiyi barədə xəbərlər yayıldı.

Metbuat.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün fanat.az "Qarabağ"ın direktoru Əmrah Çəlikəllə əlaqə saxlayıb. Klub rəsmisinin açıqlaması belə oldu:

"Onunla qışda maraqlandığımız bəllidir. Ancaq Lunyovun "Qarabağ"a təklif edilməsinə gəlincə, bizə təklif olunmayıb. Hər hansı rəsmi təkli yoxdur".

Qeyd edək ki, Smirnov müştərisinin mövsümün sonunda Ağdam təmsilçisinə qoşulmaq variantının qüvvədə qaldığını deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR