Seldə sürüklənən kişinin əlini tutmaq əvəzinə videosunu çəkdi - Tənqid edildi /

Türkiyənin Şanlıurfa vilayətində baş verən seldə sürüklənən 63 yaşlı Reşat Hayvanın görüntüsü gündəm olub.

Metbuat.az xəbər verir ki, o seldə sürüklənən zaman xilas olmaq üçün əlini uzadıb. Lakin sakinlərdən biri əlini yaşlı şəxsə vermək əvəzinə onun görüntüsünü çəkib. 63 yaşlı şəxsi isə digər sakinlər xilas edib. Hadisə barədə açıqlama verən 63 yaşlı şəxs bildirib ki, ona əlini uzatmayan sakini qınamır. “Bəlkə əlini versəydi o da selə düşüb sürüklənə bilərdi” - yaşlı şəxs bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR